İsrailin Baş naziri Benyamin Netanyahu Beyrutdakı hadisələr fonunda ABŞ-dan təcili olaraq İsrailə qayıdır.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
Pentaqondan isə eskalasiya fonunda bildirilib ki, Birləşmiş Ştatlar İsrailin Beyruta yeni hücumu ilə bağlı təfərrüatlara malik deyil və zərbə endirmək niyyəti barədə bildiriş almayıb: “ABŞ İsrailin Livanda quru əməliyyatının düzgün addım olacağına inanmır”.
Qeyd edək ki, Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorka səfər etmişdi.
Bizim.Media