Ukrayna Prezidenti Volodimir Zelenskinin Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla Nyu Yorkdakı “Tramp Tower”də görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, Tramp görüş zamanı bildirib ki, prezident seçiləcəyi təqdirdə Ukrayna münaqişəsinin həlli üçün demokratlarla əməkdaşlığa hazırdır.
ABŞ-ın keçmiş prezidenti seçkilərdə qalib gələrsə, andiçmə mərasimindən əvvəl Ukrayna münaqişəsinin hər iki tərəf üçün “yaxşı” həll yolu tapacağını vəd edib.
O, Zelenskini inanılmaz sınaqlardan keçən insan adlandırıb.
Bizim.Media