ABŞ Ukraynaya 2,4 milyard dollar həcmində yeni hərbi yardım paketini elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri Co Bayden Ağ evdə ukraynalı həmkarı Volodirmir Zelenski ilə görüşü zamanı açıqlama verib.
Qeyd edilib ki, həmin vəsait Ukrayna üçün yeni silah və avadanlıqların istehsalına xərclənəcək.
Paketə HIMARS raket sistemləri üçün əlavə döyüş sursatları, 155 və 105 millimetrlik artilleriya mərmiləri, MRAP zirehli maşınları, yüngül avtomobillər, patrul qayıqları, kiçik çaplı silahlar, həmçinin “Javelin”, TOW və AT-4 tank əleyhinə portativ sistemlər üçün raketlər daxildir.
Bizim.Media