Rusiya Prezidenti Vladimir Putin Kreml Sarayında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, görüşün təfərrüatları açıqlanmır.
Moskvada səfərdə olan N.Kurtulmuş həmçinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə də görüşüb.
Görüş zamanı iki dövlət arasında əməkdaşlıq müzakirə edilib. Vurğulanıb ki, Moskva ilə Ankara arasında yüksək səviyyəli etimad həm də iki ölkənin liderləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasındakı mehriban münasibətlər sayəsində mümkün olub.
Bizim.Media