İsrailin Livanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) əməkdaşı və təşkilatın müqaviləli işçisi həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun Livandakı nümayəndəliyi bəyanat yayıb.
Bildirilib ki, Livanın şərqindəki Bekaa vadisində BMT QAK-ın ofisində çalışan Dina Dərvişin ailəsinin yaşadığı evə İsrailin atdığı raketin düşməsi nəticəsində o, kiçik oğlu ilə birlikdə həlak olub.
Bizim.Media