İsrail-Hizbullah müharibəsi BAŞLAYIR – Bu savaş da nəticəsiz QALACAQ?

İsrail Müdafiə Qüvvələri “Hizbullah”a qarşı qabaqlayıcı hücum əməliyyatına başlayıb və hərəkatın hərbi infrastrukturuna zərbələr endirir.

Bunu İsrail ordusunun yeraltı komandanlıq mərkəzində keçirilən görüşdə Baş Qərargah rəisi Herzi Halevi deyib.

"Bu səhər İsrail ordusu qabaqlayıcı hücum əməliyyatına başlayıb. “Hizbullah”ın son 20 ildə inşa etdiyi hərbi infrastrukturu vururuq", - o bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail Livana qabaqlayıcı hücum əməliyyatına başlayıb


Halevinin sözlərinə görə, İsrail hədəfləri vurur və növbəti mərhələlərə hazırlaşır.

“Son nəticədə hər şey İsrailin şimalındakı sakinlərin öz evlərinə qayıtması üçün şəraitin yaradılmasına yönəlib”, - Baş Qərargah rəisi qeyd edib.

Hücumlar nəticəsində artıq 180 nəfər həyatını itirib. Livan ordusu da gündüz saatlarında baş verən hücumlara cavab olaraq İsrailə raketlər atıb.

Göründüyü kimi, artıq İsrail-Hizbullah müharibəsi başlamaq ərəfəsindədir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə bildirir ki, yaranmış vəziyyətdə Yaxın Şərqdə münaqişənin açıq müharibə müstəvisinə keçməsi ehtimalı yüksəkdir: 

“İsrailin bu addımı fonunda yaranmış vəziyyət hər iki tərəf arasında istər-istəməz açıq müharibənin baş verməsi ehtimalını gücləndirir. İsrailin peycer əməliyyatı, onun nəticəsində onlarla şəxsin ölməsi, minlərlə insanın isə yaralanması məsələni daha da gərginləşdirib. Bazar ertəsindən başlayaraq, “Hizbullah”ın İsrailin şimalına yüzdən çox raket atması isə bu gərginliyi daha da artırdı. Əvvəllər “Hizbullah”ın atdığı raketlər hərbi obyektlər üçün nəzərdə tutulurdusa, bu dəfə İsrailin məlumatına görə, Hayfa şəhərindəki mülki obyektlər də vurulub. 

Məsələ ilə bağlı ABŞ-ın təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kerbi Vaşinqtonun münasibətini bəyan edərək, tərəfləri təmkinli olmağa və münaqişənin açıq müstəviyə keçməsinin qarşısını almağa çağırıb. 

Amma istənilən halda vəziyyət gərgindir. 

Livanla sərhəddə vəziyyətin gərginləşməsi fonunda məsələnin artıq açıq müharibə müstəvisinə keçməsi ehtimalı kifayət qədər böyükdür. Təəssüf ki, bu qarşıdurmada hər iki tərəfdən daha çox dinc əhali ziyan çəkir. Münaqişənin birbaşa toqquşmalara keçməsi baş verərsə, sözsüz ki, dinc əhalinin vəziyyəti daha da pisləşəcək”.

Qeyd edək ki, İsraillə Livan arasında 2006-cı ildə də müharibə baş vermişdi. Həmin dövrdə də döyüş əməliyyatları İsrailin Qəzzaya zərbələr endirməsindən sonra başlamışdı. O zaman İsrail Livan ərazisində əməliyyatlar aparsa da, istədiyi nəticəni əldə edə bilməyərək, geri çəkilmişdi. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda qadın yemək yeyərkən faciəvi şəkildə ölüb

Azərbaycanda qadın yemək yeyərkən faciəvi şəkildə ölüb

İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

Ötən həftədə təmizlənən minaların SAYI...

Ötən həftədə təmizlənən minaların SAYI...

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Zaqatala bağça müdirinin qanunsuz əməlləri: 10 nəfərdən külli miqdarda...

Zaqatala bağça müdirinin qanunsuz əməlləri: 10 nəfərdən külli miqdarda...

Cici Hadid “Epşteyn faylları”nda adının hallanmasına münasibət bildirdi

Cici Hadid “Epşteyn faylları”nda adının hallanmasına münasibət bildirdi

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

İranda ABŞ və İsrailə casusluq edən 42 nəfər həbs edildi

İranda ABŞ və İsrailə casusluq edən 42 nəfər həbs edildi

Qubada sürüşmə baş verən yol belə təmizlənir – VİDEO

Qubada sürüşmə baş verən yol belə təmizlənir – VİDEO

End of content

No more pages to load

RADİO