Tehran-Beyrut və əks istiqamətdə uçuşlar zamanı peycer və ratsiya cihazlarından istifadə qadağandır.
Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Hava Yolları Şirkəti bəyanat yayıb.
Bəyanata əsasən qadağa Beyrutun Rəfiq Həriri Beynəlxalq Hava Limanından keçən yük və baqajlara da şamil edilir.
Qeyd edək ki, bir neçə gündür Livanda Hizbullah-ın istifadəsində olan peycerlər İsrail tərərfindən partladılır.
Bizim.Media