İsrailin sensasion hücum TAKTİKASI – Smartfonlar üçün də oxşar təhlükə VARMI?

Xəbər verdiyimiz kimi, sentyabrın 17-də Livanda Hizbullah silahlılarının ünsiyyət üçün istifadə etdikləri peycerləri kütləvi şəkildə partlayıb.

Məlumata görə, insident nəticəsində əksəriyyəti Hizbullah döyüşçüsü olmaqla mindən çox insan yaralanıb, 3 nəfər isə ölüb. Partlayış səsləri həm paytaxt  Beyrutda, həm də ölkənin cənubunda eşidilib.

Livan mediası partlayışlarda İsraili günahlandırır. İddialara görə, İsrail tərəfindən "Hizbullah” yaraqlılarının istifadəsində olan portativ peycerlər sındırılıb.

Bəzi məlumatlara görə, yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Əmani də var. O, xəstəxanaya yerləşdirilib.

Görəsən, İsrail peycer hücumunu necə reallaşdırıb? Smartfonlar üçün də oxşar təhlükə varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirir ki, Livanda baş verən peycer partlayışları texnoloji sabotaj və ya hədəfli bir kiberhücum kimi qiymətləndirmək olar:
 

MÖVZU İLƏ BAĞLI:

Livanda partlayan peycerlərə əvvəldən partlayıcı yerləşdirilib? - ŞOK FAKTLAR


“Livanda baş vermiş hadisə xüsusi olaraq tərtib edilib. Əvvəldən orada həmin cihazların piarı aparılıb və satışı çoxaldılıb. Əvvəlcədən cihazın içərisinə partlayışı gücləndirəcək xüsusiyyət əlavə olunub. Cihazların eyni vaxtda partladılması, çox güman ki, xarici müdaxilə ilə əlaqəlidir və bu, peycerlərin zəif şifrələməsi və ya idarəetmə sistemlərindəki boşluqlardan istifadə olunaraq həyata keçirilib”.

Ekspert qeyd edir ki, bu cür hücumlar adətən iki əsas yolla həyata keçirilə bilər:

“Birincisi, cihazların istehsal və ya çatdırılma mərhələsində zərərli proqram və ya partlayıcı maddələrin yerləşdirilməsi ilə. İkincisi isə, bu cihazların şəbəkə vasitəsilə uzaqdan idarə olunması və sinxron şəkildə partladılması ilə mümkündür. Hər iki halda da, yüksək səviyyəli texniki bilik və koordinasiya tələb olunur. Bu hadisə göstərir ki, rabitə cihazları, xüsusən də qapalı sistemlərdə işləyən texnologiyalar, hər zaman yüksək səviyyədə qorunmalıdır.

Təhlükəsizlik tədbirləri yetərli səviyyədə olmasa, bu cür hücumlar daha geniş miqyasda həyata keçirilə və ciddi nəticələrə səbəb ola bilər. Xüsusilə dövlət qurumları və təşkilatlar, belə cihazların şifrələmə səviyyəsini və təhlükəsizlik protokollarını gücləndirməlidir ki, bu cür kütləvi hücumların qarşısı alınsın”.

Həmsöhbətimiz deyir ki, gündəlik istifadəçilər cihazlarının təhlükəsizlik tədbirlərinə riayət etməlidirlər:

“Etibarlı mənbələrdən proqramlar yükləmək, şübhəli linklərə klikləməmək və cihazın təhlükəsizlik yeniləmələrini vaxtında etmək vacibdir. Bu tədbirlər, cihazların kiberhücumlara qarşı daha dayanıqlı olmasını təmin edəcək”.

Ekspertin fikrincə, texniki olaraq smartfonlar üçün də sözügedən təhlükə mümkündür, lakin heç zaman buna getməyəcəklər:

“Hər bir batareyası olan cihaz tam nəzarətə alınsa, o zaman oradakı müəyyən tezlikləri dəyişərək daha çox isitməklə cihazın partlamasına nail olmaq olar. Amma bunu etməzlər. Çünki beynəlxalq standartlar var. Burada proqram təminatları və cihazın xüsusi təhlükəsizliyi nəzərə alınıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

Gəncədə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Gəncədə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub? – FOTO

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub? – FOTO

Tbilisidə İlham Əliyevin şərəfinə lanç verildi – FOTO

Tbilisidə İlham Əliyevin şərəfinə lanç verildi – FOTO

Birinci xanımlar lançda - FOTO

Birinci xanımlar lançda - FOTO

Tanınmış müğənni Rasim Balayevin qohumu imiş

Tanınmış müğənni Rasim Balayevin qohumu imiş

Bu bürclərin başına "pul yağacaq" — Tarix açıqlandı

Bu bürclərin başına "pul yağacaq" — Tarix açıqlandı

End of content

No more pages to load

RADİO