Dünya üzrə koronavirusa yoluxanların sayı 161 milyon 900 nəfərə çatıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, indiyədək dünyada pandemiyadan ölüm sayı 3 milyon 360651 nəfər olub.
Ölüm sayının yoluxanlar arasında 2,07 faizə çatdığı məlum olub. COVID-19-a yoluxanların sayının dünya əhalisinə nisbəti isə 2,02 faiz olub.
Məlum olub ki, dünya əhalisinin hər milyon nəfərinə koronavirusdan 400 ölüm sayı düşür.
Xatirə, Bizim.Media