Fələstin HƏMAS hərəkatının silahlı qanadı "İzzəddin al-Kassam briqadaları" Təl-Əvivə doğru onlarla raket atdığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Raketlər İsrailin Qəzza zolağındakı əş-Şati qaçqın düşərgəsinə endirdiyi hava hücumuna cavab olaraq atılıb.
Qeyd edək ki, İsrail ordusunun mətbuat xidməti 10 maydan bəri Qəzza zolağından İsrail ərazilərinə ən az 2.3 min raket atıldığını bildirib.
Alçina Amilqızı, Bizim.Media