Gürcüstan-Rusiya sərhədindəki Kazbegi keçid məntəqəsində məhdudiyyətlər tətbiq edilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan” məlumat yayıb.
Məlumata görə, sentyabrın 18-dən oktyabrın 2-dək hər gün saat 06:00-dan 09:00-a qədər buraxılış məntəqəsindən bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.
Buna səbəb isə Gürcüstan Avtomobil Yolları Departamentinin planlaşdırdığı bərpa işləridir.
Bizim.Media