Mərkəzi Avropa ölkələri son günlər davam edən leysan yağışları səbəbindən güclü daşqınlara məruz qalıb.
Bizim.Media xəbər verir ki, Polşada 400-ə yaxın insan təbii fəlakət zonasından təxliyyə edilib, Çexiyada isə sel səbəbindən 60 min ev işıqsız qalıb.
Rumıniyada sel 4 nəfərin ölümünə səbəb olub. Almaniyada daşqınlar Bavariyanın cənubunu və Saksoniyanın bir hissəsində fəsadlar törədib.
Qeyd edək ki, pis hava şəraitinə İtaliyanın şimalından gələn "Boris" siklonu səbəb olub.
Bizim.Media