Rusiyada içərisində ABŞ və İtaliya vətəndaşları da olan altı jurnalist axtarışa verilib.
Bizim.Media xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi CNN-in jurnalisti Nik Uolş və İtaliya televiziya kanalı “Rai”nin əməkdaşları Stefani Battistini və Simone Traini də daxil olmaqla altı xarici jurnalisti axtarışa verib.
Jurnalistlərin cinayət işi üzrə təqib olunduğu qeyd edilib. Məlumata görə, onlar avqustun 6-da Ukrayna ordusu tərəfindən ələ keçirilən Kursk vilayətində çəkiliş aparıblar.
Adları çəkilən şəxslərlə yanaşı, üç ukraynalı jurnalist və “Deutsche Welle” xarici agentliyinin müxbiri də axtarışa verilib.
Bizim.Media