"Ukrayna növbəti sülh Sammitinə fəal şəkildə hazırlaşır. Sammit bu ilin noyabrında baş tutmalıdır. Rusiya tərəfini də ora dəvət etməyi planlaşdırırıq".
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Yalta Avropa Strategiyasının 20-ci illik iclası zamanı deyib.
O, həmçinin bu ay ABŞ prezidenti Co Baydenlə görüşərək Rusiyanı məğlub etmək planını təqdim edəcəyini bildirib:
"Biz bu ay ABŞ prezidenti Co Baydenlə görüşməyi planlaşdırırıq. Mən ona qələbə planını təqdim edəcəyəm".
Bizim.Media