Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, oktyabrın 1-dək NATO-nun Baş katibi kimi işini başa vuran Stoltenberq bu vəzifəni 2025-ci ilin fevralında keçiriləcək Münhen konfransından sonra icra edəcək.
Qeyd edək ki, Stoltenberq 2014-cü ildə NATO-nun Baş katibi seçilib. Baş katib kimi o, alyansın müdafiə qabiliyyətinin gücləndirilməsində fəal iştirak edib. Stoltenberqin rəhbərliyi dövründə Monteneqro NATO-nun 29-cu üzvü olub, üstəlik, o, Gürcüstan və Ukraynanın alyansa qoşulmaq istəyini də dəstəkləyib.
Bizim.Media