İrəvanla münasibətlərin düzəlməsinə etiraz etmirik, amma onların korlanması bizim günahımız deyil.
Bizim.Media BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz ermənilərə hər cür kömək etməyə çalışırdıq, lap ən yaxınlarımız kimi yardım edirdik. Amma görürsünüz, birdən Qərbi, Aİ-ni istədilər”, - deyə o, qeyd edib.
Xatırladaq ki, son vaxtlar İrəvan və Minsk arasında müəyyən gərginlik müşahidə olunur və qarşılıqlı ittihamlar səsləndirilir.
Bizim.Media