“Tərəfdaşımız olan ölkələrin kəşfiyyat xidmətləri İranın Rusiyaya ötürdüyü ballistik raketlərin miqdarı ilə bağlı mətbuatda dərc olunan xəbərlərdən daha çox məlumat veriblər. Həmin raketlər istifadə edildiyi halda sübutlar ortaya çıxacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə "Krım Platforması"nın növbəti sammitinin yekunu ilə bağlı Latviya, Litva və Xorvatiya liderləri ilə birgə mətbuat konfransında bildirib.
“Necə ki, həm Şimali Koreyanın artilleriya mərmilərinin, həm İranın pilotsuz uçuş aparatlarının istifadə edilməsi ilə bağlı sübutlar var. Rusiya ərazisində İrana məxsus hücum pilotsuz təyyarələrinin yığılması və istehsalı üçün bazalar isə çoxdan var", - Zelenski qeyd edib.
Bizim.Media