ABŞ Hizbullah qruplaşmasına qarşı yeni sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sanksiya siyahısına iki livanlı iş adamı və bir Hizbullah rəsmisi daxil edilib.
Həmçinin Hizbullah-a gəlir əldə etmək məqsədilə neft və maye qaz qaçaqmalçılığı ilə məşğul olan 5 şirkət və 2 gəmiyə qarşı məhdudiyyətlər tətbiq edilib.
Sanksiyalar aktivlərin dondurulmasını və yuxarıda adı çəkilən qurumlarla maliyyə əməliyyatlarının dayandırılmasını nəzərdə tutur.
Bizim.Media