Türkiyə Ukraynanı və onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyünü dəstəkləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimiz sarsılmazdır. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir”, - deyə Ərdoğan qeyd edib.
Türkiyə lideri Krım tatarlarına əlavə dəstəyi də istisna etməyib: “İnanıram ki, qarşıdakı dövrdə Krım tatarlarının hüquqlarının gücləndirilməsi üçün əlavə addımlar atılacaq”.
Bizim.Media