“Ermənistan Sünikdəki vəziyyətlə bağlı Rusiyaya kömək üçün müraciət etməyib”.
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, erməni tərəfi sadəcə sərhəddəki vəziyyətlə bağlı olduqca narahat olduğunu ifadə edib.
Xatırladaq ki, Ermənistan Nazirlər Kabineti Paşinyanla Vladimir Putin arasında telefon danışığı zamanı, erməni baş nazirin Rusiya liderinə İrəvanın Zəngəzurda baş verənlərlə bağlı KTMT-yə müraciət etmək qərarı barədə məlumat verdiyini açıqlamışdı.
Bizim.Media