Hindistanın qərbində 15 nəfər naməlum xəstəlikdən dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə “Hindustan Times” yazıb.
Bildirilib ki, indiyədək aparılan testlər H1N1 qrip virusu, donuz qripi, Krım-Konqo hemorragik qızdırması, malyariya və dang qızdırması ehtimalını istisna edir.
Vəfat edən şəxslərin ölüm səbəbləri və virusun mənşəyini dəqiq müəyyən etmək üçün mərhumlardan götürülən analizlər Milli Virusologiya İnstitutuna göndərilib.
Qeyd edilir ki, naməlum hərarətin yayılması leysan yağışları və daşqınlarla eyni vaxta düşüb.
Bizim.Media