İranın Londondakı müvəqqəti işlər vəkili Əli Mətinfər Böyük Britaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya XİN-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, buna səbəb İran tərəfdən ballistik raketlərin Rusiyaya tədarükü ilə bağlı iddialar olub:
“Böyük Britaniya hökuməti ballistik raketlərin Rusiyaya hər hansı təhvil verilməsinin təhlükəli eskalasiya sayılacağını və əhəmiyyətli cavab veriləcəyini açıqlayıb”.
Bizim.Media