Aleksandr Maslyakovla vidalaşmağa gələnlər onu 10 dəqiqədən çox alqışlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri "RİA Novosti" agentliyi yayıb.
Mənbə qeyd edir ki, Maslyakov Novodeviçi qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, “Şən və hazırcavablar klubu” (KVN) televiziya verilişinin aparıcısı Aleksandr Maslyakov 83 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Aleksandr Maslyakov 24 noyabr 1941-ci ildə Yekaterinburq şəhərində (bundan öncə Sverdlovsk) anadan olub. O, Rusiyanın əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının xalq artisti olub.
Bizim.Media