Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.
Bizim.Media “TASS”a istinadla xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, tərəflər Azərbaycan - Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.
“Sərhədində baş verən son hadisə ilə bağlı fikir mübadiləsi zamanı Putin üçtərəfli bəyanatın bütün müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Rusiyanın bölgədəki sabitliyin təmin edilməsi naminə fəal vasitəçilik səylərini davam etdirəcəyini bildirib”- deyə Kremlin məlumatında deyilir.
Söhbət zamanı Putin və Paşinyan Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpasına da toxunublar.
Bizim.Media