ABŞ-da keçirilən seçki debatında iştirak edən namizədlər (Donald Tramp və Kamala Harris) bir-birini "nokauta" sala bilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times“ nəşri yazıb.
Mənbə qeyd edib ki, gərgin məqamların çoxluğuna baxmayaraq, noyabrda keçiriləcək çox gərgin seçkilər ərəfəsində dinamikanı kökündən dəyişdirə biləcək nokaut gözə çarpmayıb.
Nəşr bildirir ki, Harris “əsasən aydın mesaj çatdırmağı bacarıb”, Tramp isə “qəzəbli və müdafiəçi qismində görünüb”.
Bizim.Media