İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında HƏMAS hərəkatının “Tell əs-Sultan” batalyonunun komanda zəncirini məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hava zərbələri ilə “Tell əs-Sultan” batalyonunun komandiri Mahmud Həmdan və üç bölük komandiri, həmçinin onlarla silahlı zərərsizləşdirilib.
Bizim.Media