Tacikistanın Moskvadakı səfirliyi sərhədlərdə nəzarətin gücləndirilməsi ilə əlaqədar respublika vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Rusiya Federasiyasında quru və hava keçid məntəqələrində xarici vətəndaşların dövlət sərhədindən keçməsinə davam edən gücləndirilmiş nəzarət rejimini nəzərə alaraq, Tacikistan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edir”, - diplomatik missiyanın bəyanatında deyilir.
Bizim.Media