İsveç hökuməti Mariya Malmer Stenerqardı yeni xarici işlər naziri təyin edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Baş nazir Ulf Kristersson parlamentin açılışında yenilənmiş kabineti təqdim edərkən bildirib.
Bundan əvvəl o, ölkənin miqrasiya məsələri üzrə naziri olub.
Kristersson, həmçinin Cessika Rozenkrantzın Aİ işləri üzrə yeni nazir təyin edildiyini açıqlayıb.
Qeyd edək ki, sentyabrın 4-də İsveçin sabiq xarici işlər naziri Tobias Billström istefa vermişdi.
Bizim.Media