İsrail hakimiyyəti ABŞ Konqresini Cənubi Afrikaya təzyiq göstərməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin teleqramına istinadən “Axios” məlumat yayıb.
Məlumata görə, İsrail ABŞ Konqresinin üzvlərindən Beynəlxalq Ədalət Məhkəməsində Yəhudi Dövlətinə qarşı icraata son qoymaq üçün Cənubi Afrikaya təzyiq göstərməyi xahiş edib.
Bundan əlavə, İsrail hökuməti konqresmenlərə Cənubi Afrikanı ABŞ-la ticarət əlaqələrini kəsməklə hədələməyi tövsiyə edib.
Bizim.Media