"Diyarbakır Bağlardan gələn acı xəbərlə sarsılmışıq. Narin balamızın canına qıyanlar mütləq cəzalarını çəkəcəklər”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə iqamətgahında nazirlər kabinetinin toplantısından sonra mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, sözügedən cinayət əməlinin istintaqını şəxsən təqib edəcək: “Məsum bir körpənin canı alan cinayətkarların ən ağır cəzanı almaları üçün məsələni şəxsən təqib edəcəyəm”.
Qeyd edək ki, mətbuata qapalı keçirilən görüş 3 saat 45 dəqiqə davam edib. Dövlət başçısı toplantıdan sonra mətbuata açıqlamalar verib.
Bizim.Media