Sentyabrın 9-da axşam saatlarında İsveçin “Stokholm Arlanda” Beynəlxalq Hava Limanı fəaliyyətini 2 saatdan çox müddətə dayandırıb.
Bizim.Media xəbər verir ki, buna səbəb idarəetmə qülləsindən görünən müxtəlif ölçülü dörd pilotsuz uçuş aparatı olub.
Hadisə yerinə xeyli sayda polis cəlb edilib, mümkün təxribat cəhdi araşdırlır. Yeli hakimiyyət orqanları bunun qəsdən törədildiyini iddia edirlər.
Bizim.Media