“BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasındakı gərginliyin artmasını müzakirə etmək üçün bazar günü iclas keçirəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild “Twitter” səhifəsində qeyd edib.
O bildirib ki, ABŞ gərginliyi azaltmağa çalışaraq ən yüksək səviyyədə diplomatik fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, ABŞ BMT Təhlükəsizlik Şurasına sədrlik edən Çin ilə Şuranın müvəqqəti üzvləri - Norveçin və Tunisin cümə günü açıq toplantı keçirilməsinə dair etiraz etmişdi.
Bizim.Media