Latviya hökuməti pilotsuz təyyarənin ölkə ərazisinə düşməsindən sonra şərq sərhədində hava hücumundan müdafiəni gücləndirmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi bəyanat yayıb.
Məlumata görə ötən gecə ölkə ərazisinə düşən dronun Rusiyaya məxsus olduğu iddia edilib.
Latviya ordusu onun Belarus ərazisindən ölkənin hava məkanına keçdiyi bildirib.
Riqa belə qənaətə gəlib ki, hadisədə açıq eskalasiya motivi yoxdur, çünki Latviya Rusiyanın hədəfi deyil.
Bizim.Media