Sön dörd gün ərzində İsrail ərazisinə Qəzza zolağından azı 1 750 raket buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Məlumata görə, raket zərbələri nəticəsində 7 İsrail vətəndaşı həlak olub. Ümumilikdə 523 nəfər müxtəlif xəsarət alıb.
İsrail ordusu isə Qəzza sektorunda radikalların 650 əhəmiyyətli hərbi obyektlərinə zərbələr endirib. “HƏMAS” və “İslam cihadı” hərəkatının 100-dən çox yaraqlısı məhv edilib.
Bizim.Media