Rusiyanın Moskva vilayətində An-2 təyyarəsi sınaq uçuşu zamanı qəzaya uğrayıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bütün ekipaj üzvləri həlak olub.
Təyyarə Vatulino kəndində aerodrom yaxınlığında qəzaya düşüb. İçəridə pilot və onun köməkçisi olub. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Hadisə yerində təcili yardım briqadası işləyir.
Bizim.Media