Ukrayna Gürcüstanla körpüləri YANDIRIR – Köhnə dostların düşmənə çevrilməsinin PƏRDƏARXASI

Son zamanlar Kiyevlə Tiflis arasında münasibətlər xeyli dərəcədə soyuyub. Rusiyanın Ukraynaya hücumundan sonra Gürcüstan hakimiyyəti Ukraynaya qarşı məsafəli davranmağa başladı. Baş nazir İrakli Qaribaşvili müharibənin əvvəlində “milli maraqlardan” çıxış etdiyini bildirərək, Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bəyan edib

Əvəzində Gürcüstan hökuməti qapılarını Rusiya biznesinin üzünə açıb. On minlərlə Rusiya vətəndaşı daimi yaşayış üçün Gürcüstana köçüb, burada şirkətlər qurub. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Gürcüstandakı diplomatını geri çağırdı


Məhz Gürcüstanın Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmaması, Saakaşvili amili ilə bağlı olaraq bu iki keçmiş sovet ölkəsi arasında münasibətlər daha da pisləşib. 

Görünən odur ki, bu münasibətlər növbəti mərhələdə daha da pisləşməyə doğru gedir. 

Onun ilk əlaməti isə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişini geri çağırmasıdır. Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa Xarişinin hazırda döyüşən dövlətin diplomatiyasının reallıqlarını tam olaraq anlamadığını qeyd edib. 

Görəsən, Ukrayna ilə Gürcüstan arasında münasibətlərin pozulmasına səbəb nədir?  

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Kiyevlə Tiflis arasında münasibətlərin pozulmasının arxasında maraq toqquşmaları, Gürcüstanın Ukraynada baş verən proseslərə fərqli müstəvidə baxması dayanır: 

“Ukrayna hesab edir ki, Rusiyaya qarşı vuruşmaqla təkcə özünün deyil, bütövlükdə dünyanın böyük hissəsinin maraqları, ilk növbədə də region dövlətlərinin suverenliyi və təhlükəsizliyi  üçün vuruşur. Belədə Kiyev müəyyən mənada haqlı sayıla bilər. Həqiqətən də Rusiyanın qarşısı alınmasa, o bütün dünya, ilk növbədə də region ölkələri üçün ciddi problemlər yarada bilər. Bu səbəbdən də Ukrayna rəhbərliyi hamıya qarşı, ilk növbədə də bölgə dövlətlərinə münasibətdə çox tələbkar mövqe ortaya qoyur. Amma bu zaman Kiyev bəzi hallarda reallıqları da nəzərə almaq istəmir”. 

“Kiyevin bunu tələb etməsi yanlışdır”

Həmsöhbətimiz deyir ki, Rusiyaya münasibətdə keçmiş ittifaqa daxil olan dövlətlərin edə biləcəyi və bilməyəcəyi hərəkətlər mövcuddur: 

“Bu mənada da onlardan gözüyumlu Kiyevi müdafiə etməyi tələb etmək yanlışdır. Ukrayna ilə Gürcüstan arasında narazılığın səbəbi ilk növbədə Tiflisin Rusiyaya qarşı sanksiyalara qoşulmaması ilə bağlıdır. Bu isə Rusiyaya müəyyən imkanlar verib. Ona görə də Tiflisin bu addımına Kiyev kəskin reaksiya verdi. Bunun qarşılığında Gürcüstan da eyni kəskinliklə Ukraynaya cavab verdi. 

Narazılıq yaradan ikinci amil Gürcüstanda həbs edilən Mixail Saakaşvilini Ukraynanın müdafiə etməsi ilə bağlıdır. Bu isə Gürcüstan hakimiyyətinin xoşuna gəlmədi və münasibətlər bir qədər də pisləşdi”. 

Ekspertin fikrincə, münasibətlərin pozulmasına Tiflisin son zamanlar Rusiyaya yaxınlaşmaq kursu götürməsi də təsir edib: 

“Son zamanlar Tiflisin Moskvaya yaxınlaşmaq istiqamətində addımlar atması, Rusiyada olduğu kimi, xarici agentlər haqqında qanunu qəbul etməsi artıq onu göstərir ki, Gürcüstan Qərblə yaxınlaşmaq xəttindən imtina edib, şimal qonşusuna yaxınlaşmaq xətti götürür. Tiflis ümid edir ki, bunun qarşılığında işğal edilən 20 faizlik torpaqları geri qaytaracaq. Belə addımla isə Kiyevlə Tiflis arasında olan son körpülər də yandı. Həmin münasibətlərin bərpası üçün isə yəqin ki, uzun illər lazım gələcək”.  

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bu xanımlarla bağlı nazirliyə müraciət edəcəyəm" - Fotolar

"Bu xanımlarla bağlı nazirliyə müraciət edəcəyəm" - Fotolar

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

Ayın əks tərəfinin FOTOSU

Ayın əks tərəfinin FOTOSU

End of content

No more pages to load

RADİO