Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri rayonun inzibati mərkəzi Xoroq şəhərindən təxminən 40 km aralıda dağlıq ərazidə olub.
Yeraltı təkanların ocağı 200 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bizim.Media