Türkiyənin Kahramanmaraş vilayətində 5 maqnitudalı zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yeraltı təkan vilayətin Pazarcık rayonunda qeydə alınıb.
Zəlzələnin dərinliyi 7 kilometr olub. Zəlzələ Qaziantepdə də hiss olunub. Sakinlər evlərini və iş yerlərini tərk ediblər.
Bizim.Media