Qırğızıstan Prezidenti Sadır Japarov yerli şuraların buraxılması və növbədənkənar seçkilərin vaxtının təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sərəncam Qırğızıstan prezidentinin mətbuat xidmətinin saytında yerləşdirilib.
Sərəncama əsasən, Qırğızıstanın bütün regionlarında yerli şuralara yeni deputatların seçkiləri 2024-cü il noyabrın 17-də keçiriləcək.
Seçki aksiyalarının başlama tarixi sentyabrın 17-nə təyin edilib.
Bizim.Media