Rusiya ordusu bu gecə Kiyev şəhərinə raketlərlə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kiyev Şəhər Hərbi İdarəsi yayıb.
Mənbə qeyd edir ki, zərbələr əsasən şəhərin Qoloseyevsk, Svyatoşinsk, Dneprovsk və Şevçenkovskiy rayonlarında dağıntılara səbəb olub.
Nəticədə bir çox avtomobillər yanıb, qeyri-yaşayış sahələrinə ziyan dəyib.
O cümlədən Regionlararası Heyəti İdarəetmə Akademiyası da ciddi zərər görüb.
Qeyd edək ki, bu təhsil ocağında 500-dən çox azərbaycanlı tələbə əyani və qiyabi formada təhsil alır.
Bizim.Media