Bu gün İranda Nazirlər Kabinetinin iclasında İran prezidenti Məsud Pezeşkianın təklifi ilə Fatimə Mühacirani hökumət sözçüsü təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, Seyid Kamal Təqəvi isə Nazirlər Kabinetinin katibi vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, 13-cü hökumətin dövründə Nazirlər Kabinetinin katibi və hökumətin sözçüsü Əli Bəhadori Cəhromi idi.
Bizim.Media