Rosaviasiya Tatarıstanın Kazan və Nijnekamsk beynəlxalq hava limanlarında uçuşlara qoyulan qadağanı ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Mənbə qeyd edir ki, Kazan istiqamətində uçan 8, Nijnekamska gedən 2 təyyarə isə ehtiyat aerodromlara yönləndirilib.
Xatırladaq ki, hava limanının fəaliyyətinin müvəqqəti dayandırılması uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə verilmişdi.
Bizim.Media