Meta-nın qurucusu Mark Zukerberg etiraf edib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası şirkətin sosial şəbəkələrində hesabların paylaşımlarına senzura qoyulması məqsədilə korporasiyaya təzyiq göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə o, ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsinin sədri Jim Cordana yazdığı məktubunda bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə Bayden administrasiyasının rəsmiləri sosial şəbəkədə yayımlanan tənqid və yumorla bağlı da narazılıqlarını bildiriblər:
"O vaxt onların fikirlərinə qəti etirazımızı bildirdik".
İş adamının sözlərinə görə, hər hansı bir hesabın silinməsi korporasiyanın daxili işidir.
Mark Zukerberg hökumətin bu addımının səhv olduğunu qeyd edib:
"Biz kənardan hansısa administarsiyanın təzyiqinə güzəştə gedə bilmərik. Şirkət gələcəkdə də belə təziqlərə layiqli cavabını verəcək".
Bizim.Media