“Hazırda Ukrayna ilə danışıqlar mövzusu aktuallığını itirib”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Kursk vilayətinə hücumdan əvvəl Rusiya ilə Ukrayna arasında heç bir danışıqlar olmayıb:
“Bilirsiniz ki, hazırda danışıqlar mövzusu öz aktuallığını itirib, müxtəlif təmaslar haqqında çoxlu xəbərlər mediada dərc olunur və onların heç də hamısı həqiqətə uyğun deyil”.
Bizim.Media