Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmirdən olan millət vəkili Tuncay Özkanı məhkəməyə verib.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə liderinin vəkili Hüseyin Aydın yayıb.
Onun sözlərinə görə, Ərdoğan Özkandan 250 min lirə mənəvi təzminat tələb edir.
Bildirilir ki, buna səbəb CHP-li deputatın Ərdoğanın ünvanına əsassız və nalayiq ifadələr səsləndirməsi olub.
Bizim.Media