Rusiya Prezidenti Vladimir Putin Bakıya son səfəri zamanı Teleqramın yaradıcısı Pavel Durovla görüşməyib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü Durovun Fransada həbs olunmasına münasibət bildirib. O, Durova qarşı ittiham irəli sürülməyincə heç bir nəticə çıxarmamağa çağırıb:
"Durovun konkret nədə ittiham olunduğunu hələ bilmirik. Hələlik bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama eşitməmişik, nəsə deməzdən əvvəl Durovu konkret nə ilə ittiham etməyə çalışdıqlarına dair vəziyyətin aydınlaşdırılmasını gözləməliyik. Bunsuz açıqlama vermək düzgün olmazdı".
Bizim.Media