Fələstinin HƏMAS hərəkatının hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" Təl-Əvivə raket atdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı məlumat hərəkatın rəsmi Telegram kanalında dərc olunub.
“Düşmənin mülki əhaliyə qarşı cinayətlərinə cavab olaraq, əl-Qəssam briqadasının döyüşçüləri Təl-Əviv istiqamətində raket atıblar”, - deyə məlumatda bildirilir.
Raketin hədəfləri vurub-vurmadığı barədə məlumat verilmir.
Bizim.Media