Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində terrorçuluqla mübarizə ilə bağlı növbəti əməliyyatı keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nəticədə PKK terror qruplaşmasının iki üzvü zərərsizləşdirilib.
“Ən son terrorçu məhv edilənə qədər mübarizəmizi davam etdirəcəyik”, - deyə nazirliyin rəsmi “X” hesabında qeyd edilib.
Bizim.Media