Heyvan hüquqları müdafiəçiləri 88 yaşında vəfat edən aktyor Alen Delonun vəsiyyətinə qarşı çıxıblar.
Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, dəfn mərasiminin ictimaiyyətə açıq formada keçirilməsini istəməyən aktyor itləri ilə birgə dəfn olunmasını vəsiyyət edib.
Aktyorun 10 yaşlı Lubo adlı itinin də yatırılaraq öldürülməsi və dəfn olunması aktivistlərin etirazından sonra rədd edilib. Aktyorun qızı Anuşka Lubonun ailənin bir üzvü olduğunu və yatırılmayacağını açıqlayıb.
Alen Delon ən azı 35 ev itini basdırdığı bağ evinin həyətində dəfn olunacaq.
Dəfn mərasimində çəkiliş olmayacaq, qonaqlardan mobil telefonlar təhvil alınacaq.
Günay Şahmar, Bizim.Media