Rusiya Silahlı Qüvvələri Kursk istiqamətində sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin 360-dan çox əsgərini öldürüb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
“Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 360-dan çox hərbçi və 29 zirehli texnika təşkil edib”, - departamentin bəyanatında deyilir.
Eyni zamanda, Kursk istiqamətində bütün döyüş əməliyyatları zamanı Ukrayna Silahlı Qüvvələri 5,5 mindən çox hərbi qulluqçu və 71 tank itirib.
Bizim.Media